Yanvarda Azərbaycana gətirilən avtomobillərin sayı azalıb | Banco.az

Yanvarda Azərbaycana gətirilən avtomobillərin sayı azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Ötən ay ərzində Azərbaycana 113 milyon 420 min dollar dəyərində 6 191 ədəd avtomobil idxal edilib. 

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2023-cü ilin eyni dövrü ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 10% və ya 690 ədəd azalıb. 

Avtomobil idxalına çəkilən xərc isə 10,5% və ya 10 milyon 800 min dollar artıb. 

Qeyd edək ki, 2023-cü ilin müvafiq dövründə Azərbaycana 102,6 milyon dollar dəyərində 6 min 881 ədəd avtomobil idxal edilib. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et