Yanvarda Azərbaycana elektromobil idxalı artıb | Banco.az

Yanvarda Azərbaycana elektromobil idxalı artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycana ötən ay elektromobil idxalı artıb. Bu dövrdə ölkəyə 239 ədəd yalnız elektriklə işləyən (elektromobil) avtomobil idxal edilib.

Banco.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Məlumata görə, yanvarda ölkənin elektromobil idxalının dəyəri isə 9 milyon 663 min dollar olub. Ötən ay elektromobil idxalı 2023-cü ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 120 ədəd, dəyər ifadəsində isə 95,7% artıb.

Xatırladaq ki, 2023-cü ilin yanvarında idxal edilən elektromobillərin sayı 119, dəyəri isə 4,9 milyon dollar təşkil edib. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et