Yanvarda ABŞ-ın mal ticarəti kəsiri artıb | Banco.az

Yanvarda ABŞ-ın mal ticarəti kəsiri artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da mal ticarəti kəsiri yanvarda aylıq 2,6 faiz artaraq 90,2 milyard dollara çatıb.

Banco.az xəbər verir ki, ABŞ Ticarət Nazirliyi mal ticarəti balansı, topdan və pərakəndə satış ehtiyatları ilə bağlı yanvar ayı məlumatlarını dərc edib.

Məlumatlar göstərir ki, aparıcı xarici ticarət kəsiri kimi adlandırılan mal ticarəti kəsiri ötən ay əvvəlki aya görə 2,6 faiz artaraq 90,2 milyard dollara yüksəlib.

Bazarların proqnozu bu dövrdə mal ticarəti kəsirinin 88,4 milyard dollar olacağı istiqamətində idi. Ötən ilin dekabrında isə mal ticarəti kəsiri 87,9 milyard dollar olub.

Ən sərfəli kredit üçün müraciət et

Sözügedən dövrdə mal ixracı 0,2 faiz artaraq 170,4 milyard dollar, mal idxalı isə 1,1 faiz artaraq 260,6 milyard dollar hesablanıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et