Yanvar-iyun ayları üzrə sığorta haqları və sığorta ödənişlərinin məbləği açıqlanıb | Banco.az

Yanvar-iyun ayları üzrə sığorta haqları və sığorta ödənişlərinin məbləği açıqlanıb

Bu ilin yanvar-iyun aylarında sığorta növləri arasında ən ciddi artım həyatın ölüm halında sığortasında qeydə alınıb. Bu növ sığorta üzrə yığımlar 3,55 dəfə artaraq 8 milyon manatı keçib. Artımın dinamikasına görə 2-ci yeri isə mülki-hüquqi müqavilə üzrə mülki məsuliyyətin sığortası tutub. Bu sığorta növü üzrə toplanan sığorta haqqı 2,2 dəfə artaraq 395 min manata çatıb.

Həyatın yaşam sığortası üzrə yığımlar 75% artaraq 29 milyon manat, tibbi sığorta üzrə yığımlar 5,4% artaraq 42,6 milyon manat, istehsalatda bədbəxt hadisələrdən sığorta 7,1% artaraq 18,9 milyon manat, daşınmaz əmlakın icbari sığortası 29% artaraq 8,5 milyon manat, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası 25% artaraq 222 min manat, sərnişinlərin icbari fərdi qəza sığortası 22,7% artaraq 83,7 min manat təşkil edib.

İlin 1-ci yarısında sığorta növləri arasında ən ciddi azalma isə pul və pul sənədlərinin saxtalaşdırılmasından sığortada qeydə alınıb. Bu növ sığorta üzrə yığımlar 100% azalıb. Azalmanın dinamikasına görə 2-ci yeri isə yük daşıyanın mülki məsuliyyətinin sığortası tutub. Bu sığorta növü üzrə yığımlar 6,65 dəfə azalaraq 935 manata düşüb.

Sağalmaz xəstəliklərdən sığorta üzrə yığımlar 22,7% azalaraq 85 min manat, əmlakın yanğından və digər risklərdən sığortası 5% azalaq 16,9 min manat, kasko sığorta 35%-ə yaxın azalaraq 17,3 milyon manat, su nəqliyyat vasitələrinin sığortası 3 dəfədən çox azalaraq 290 min manat, kreditlərin sığortası 3,55 dəfə azalaraq 15100 manat, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası 7%-dən çox azalaraq 30,1 milyon manat təşkiı edib.

Sığorta ödənişlərinə gəlincə isə, ən çox artım su nəqliyyat vasitələrinin sığortasında qeydə alınıb. Bu növ sığorta üzrə ödənişlər 180 dəfədən çox artaraq 94 min manata çatıb. Ödənişin dinamikasına 2-ci yeri həyatın ölüm halından sığortası tutub. Bu sığorta növü üzrə ödənişlər 2,96 dəfə artaraq 411min manat olub.

Həyatın yaşam sığortası üzrə ödənişlər 60%-ə yaxın artaraq 19,3 milyon manat, tibbi sığorta üzrə ödənişlər 5% artaraq 23 milyon manat, əmlakın yanğından və digər risklərdən sığortası 2,88 dəfə artaraq 5,8 milyon manat, kasko sığortası 6,5% artaraq 13,2 milyon manat, istehsalatda bədbəxt hadisələrdən sığorta 80% artaraq 11,4 milyon manat, daşınmaz əmlakın icbari sığortası 21% artaraq 1 milyon manat, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası 14,3% artaraq 13,2 milyon manat təşkil edib. Sığorta ödənişləri üzrə ən çox azalma isə yanğından icbari sığortada qeydə alınıb. Bu sığorta növü üzrə ödənişlər 100% azalıb. 

Yanvar-may aylarında sığorta haqları və sığorta ödənişləri - SİNİFLƏR (manatla)

Sığorta sinifləri

Sığorta haqları

Sığorta ödənişləri

könüllü sığortalar üzrə - cəmi:

141,675,006.92

46,008,555.29

o cümlədən:

 

 

Həyat sığortası üzrə

37,164,943.46

2,356,609.10

o cümlədən:

 

 

həyatın ölüm halından sığortası

8,021,649.15

410,815.94

həyatın yaşam sığortası

29,058,152.78

1,933,293.16

annuitet sığortası

0.00

0.00

əmək qabiliyyətinin sığortası

0.00

0.00

sağalmaz xəstəliklərdən sığorta

85,141.53

12,500.00

Qeyri-həyat sığortası üzrə

104,510,063.46

43,651,946.19

o cümlədən:

 

 

Şəxsi sığorta

48,589,542.09

23,712,020.46

o cümlədən:

 

 

fərdi qəza və xəstəlik sığortası

5,035,745.56

601,712.16

tibbi sığorta, o cümlədən

42,643,022.34

23,004,766.54

xaricə səfər edən vətəndaşların sığortası

910,774.19

105,541.76

Əmlak sığortası

55,920,521.37

19,939,925.73

o cümlədən:

 

 

əmlakın sığortası

48,330,438.06

19,493,823.69

o cümlədən:

 

 

əmlakın yanğından və digər risklərdən sığortası

16,906,774.36

5,813,818.10

avtonəqliyyat vasitələrinin sığortası

17,279,290.37

13,233,811.28

dəmiryol nəqliyyatı vasitələrinin sığortası

69,728.60

0.00

hava nəqliyyatı vasitələrinin sığortası

5,665,500.19

0.00

su nəqliyyat vasitələrinin sığortası

289,368.82

93,828.50

yüklərin (nəqliyyat) sığortası

7,198,394.24

154,225.25

kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası

340,101.94

22,659.00

kənd təsərrüfatı heyvanlarının sığortası

177,375.54

109,911.56

əmlakın sığortası ilə bağlı digər siniflər

403,904.00

65,570.00

o cümlədən:

 

 

işçilərin dələduzluğu sığortası

403,904.00

65,570.00

pul və pul sənədlərinin saxtalaşdırılmasından sığorta

0.00

0.00

mülki məsuliyyətin sığortası

7,572,438.55

443,346.06

o cümlədən:

 

 

avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası

507,853.82

326,371.46

dəmiryol nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası

0.00

0.00

hava nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası

1,846,476.01

0.00

su nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası

1,067,778.87

0.00

yük daşıyanın mülki məsuliyyətinin sığortası

935.00

0.00

mülki-hüquqi müqavilə üzrə mülki məsuliyyətin sığortası

394,578.14

0.00

peşə məsuliyyətinin sığortası

135,604.06

11,189.56

işəgötürənin məsuliyyət sığortası

555,334.03

13,691.91

ümumi mülki məsuliyyətin sığortası

3,063,878.62

78,287.62

kredit sığortası

15,102.04

2,755.98

o cümlədən:

 

 

kreditlərin sığortası

15,102.04

2,755.98

ipoteka sığortası

0.00

0.00

qarışıq maliyyə risklərinin sığortası

2,542.72

0.00

o cümlədən:

 

 

əmlakın bazar dəyərinin düşməsi riskindən sığorta

0.00

0.00

işin dayanması ilə bağlı risklərdən sığorta

2,542.72

0.00

İcbari sığortalar üzrə - cəmi

70,314,368.52

19,411,170.69

o cümlədən:

 

 

Həyat sığortası üzrə

18,875,048.54

1,138,124.12

o cümlədən:

 

 

İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta

18,875,048.54

1,138,124.12

Qeyri-həyat sığortası üzrə

51,439,319.98

18,273,046.57

o cümlədən:

 

 

nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası

0.00

10,444.00

sərnişinlərin icbari sığortası

0.00

0.00

icbari ekoloji sığorta

0.00

0.00

yanğından icbari sığorta

0.00

108,669.00

MM deputatların icbari şəxsi sığortası

51,044.00

0.00

tibbi personalın AİDS-dən sığortası

0.00

0.00

hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası

7,452,180.00

3,401,372.00

məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası

5,022,229.00

500,473.00

dövlət qulluqçuların icbari sığortası

0.00

0.00

diplomatik nümayəndələrin icbari sığortası

0.00

0.00

auditorların peşə məsuliyyətinin icbari sığortası

4,831.50

0.00

daşınmaz əmlakın icbari sığortası

8,491,393.24

1,004,750.21

daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası

222,285.43

3,641.00

avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası

30,111,669.81

13,243,697.36

sərnişinlərin icbari fərdi qəza sığortası

83,687.00

0.00

YEKUN

211,989,375.44

65,419,725.98

Ən sərfəli kredit üçün müraciət et