"Yandex" Türkiyədə ofisini bağlayır | Banco.az

"Yandex" Türkiyədə ofisini bağlayır

Rusiyanın "Yandex" şirkəti Türkiyənin İstanbul şəhərində yerləşən ofisini bağlamaq qərarını verib.

Bu barədə Türkiyə mətbuatı yazır.

Qeyd olunur ki, şirkət türkiyəli reklamçı və tərəfdaşlarla işləməyə davam edəcək, lakin bundan sonra bütün əməliyyatlar "Yandex"in Rusiyadakı qərargahından həyata keçiriləcək.

Türkiyədəki ofisin bağlamaq qərarı koronavirus pandemiyasının inkişafı fonunda "Yandex" tərəfindən görülən qlobal tədbirlərlə əlaqələndirilir.

"Marketing Türkiye" xəbər verir ki, "Yandex"in Türkiyə ofisinin işçiləri bu ilin oktyabr ayınadək iş yerlərində qalacaq.

"Navigator" və "Axtarış" daxil olmaqla şirkətin Türkiyədəki bütün xidmətləri istifadəçilər üçün açıq qalmağa davam edəcək, dəyişikliklər yalnız Türkiyə ofisinin əməliyyat fəaliyyətlərinə təsir edəcək, bir sıra funksiyalar isə digər ofislərə veriləcək.

Ən sərfəli kredit üçün müraciət et

Şirkət Türkiyədəki xidmətləri daha da inkişaf etdirməyi, yerli tərəfdaşlarla işləməyi və istifadəçilərə dəstək verməyi planlaşdırır.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et