Yandex-in sürücüsüz taksiləri sınaqdan keçirilib | Banco.az

Yandex-in sürücüsüz taksiləri sınaqdan keçirilib

Müəllif: Mehin Qasımova/Banco.az

Yandex-in sürücüsüz taksiləri sınaqdan keçirilib.

Banco.az xəbər verir ki,"Yandex" Rusiyanın  Soçi şəhərində  Sirius deyilən  federal ərazidə pilotsuz robotaksislərin sınaqlarına başlayıb.

“Yandex” həmçinin özü idarə olunan avtomobildə sınaqlarda iştirak etmək və səyahət etmək istəyən istifadəçilərin müraciətlərini qəbul etməyə başlayıb.Gələcəkdə şirkət Soçidə turist axınının çox olması ilə əlaqədar robotaksi istifadəçilərinin sayını artırmağı planlaşdırır.

Siriusda 20 pilotsuz maşın fəaliyyət göstərəcək.18 yaşdan yuxarı istifadəçilərin sınaqda iştirakına icazə verilir.Təsdiq edildikdən sonra robotaxis "Yandex Go" proqramında əlçatan olacaq.

Ən sərfəli kredit üçün müraciət et

Ümumilikdə, Yandex-in özü idarə olunan avtomobilləri 27 milyon km-dən çox yol qət edir.

Robot taksidə istənilən səyahət 100 rubla başa gəlir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram