Yanacağı avtomobilə smartfonla necə doldurmaq olar? | Banco.az

Yanacağı avtomobilə smartfonla necə doldurmaq olar?

Son vaxtlar dünyanın qabaqcıl innovativ şirkətləri və hətta axtarış sistemləri müxtəlif əlavələr(applications) hazırlamaqla istehlakçıları özlərinə cəlb etməyin yollarını axtararaq öz bizneslərini bu günün tələbi olan rəqəmli transformasiyanın cağırışlarına hazırlayırlar.

Bu əlavədən istifadə edərək, sürücülər heç bir növbə gözləmədən və kassaya yaxınlaşmadan avtomobilə vurduğu yanacağın pulunu ödəyəcəklər. Bu əlavə sürücüyə ona yaxın olan yanacaqdoldurma məntəqəsini(YDM) göstərir. Bundan başqa adam YDM-dəki yanacaq dayağını(kolonka) və onun istəyindən asılı olaraq yanacağın həcmini və ya məbləğini seçə bilər. Adətən belə ödənişləri Mastercard və ya Maestro vasitəsilə ödəyirlər. YDM-lər kartın məlumatlarını yadda saxlamaq bazarığına malikolduğundan hər dəfə onu göstərməyə ehtiyac olmur. Adətən belə əlavələrdə(app.) komissiya haqqı tutulmur, yalnız yanacağın pulunu ödəmək lazım gəlir. Bu zaman hətta YDM sahibləri endirim və xüsusi təkliflərdə edə bilərlər.

Ən sərfəli kredit üçün müraciət et

Artıq rəqəmli transformasiya dövründə innovativ şirkətlər xidmətlərin ekosistemini qurmaqla insanlara müxtəlif situasiyalarda kömək etməyə çalışırlar. Ənənəvi biznes model artıq zamanın çağırışlarına cavab vermir. Bunu bizdən rəqəmli transformasiya tələb edir.

Ümumiyyətlə dünyanın neft sektorunda çalışan şirktlərin YDM-ləri avtomobil istifadəçilərinə innovativ həllər təklif etməklə öz həmvətənlərinin həyat səviyyəsinin, yaşam tərzini yaxşılaşdırırlar. Azərbaycanda bəs biznesin rəqəmli transformasiyası ilə bağlı YDM-lərdə bu innovativ həldən nə zaman isifadə edə biləcəyik?

Odur ki, avtomobil sahibləri mobil əlavədən istifadə etməklə yanacaq çənlərini doldurmaları üçün Respublikamızdakı YDM-lərin APİ interfeysilə və xüsisi QR-kodları ilə təmin olunması artıq zamanın tələbidir.

Mənbə: digitalazerbaijan.az

Ən sərfəli krediti almaq üçün müraciət et