Yamayka Mərkəzi Bankı rəqəmsal valyuta buraxdı | Banco.az

Yamayka Mərkəzi Bankı rəqəmsal valyuta buraxdı

Yamayka Mərkəzi Bankı (Bank of Jamaica) avqustun 9-u ilk dəfə olaraq milli rəqəmsal valyutasını (CBDC – central bank digital currency) buraxdı. Mərkəzi Bankı real vaxt rejimində CBDC-ni sınaqdan keçirməyə başlayıb. İlk emissiya 230 milyon Yamayka dolları (1.5 mln ABŞ dolları) təşkil edib. Pilot layihədə bir neçə yerli bank və ödəniş sistemləri iştirak edəcək və layihə dekabr ayına qədər davam edəcək. Mərkəzi Bank rəqəmsal valyutasının blokçeyn (blockchain) vasitəsilə deyil, mövcud mərkəzləşdirilmiş eCurrency ödəmə sistemində işləyəcəyini açıqlayıb. Emissiya və paylaşdırma mərkəzi bankın real vaxt rejimində hesablaşma sistemi olan JamClear ilə tam inteqrasiya olunacaq. Mərkəzi Bank texnologiyanın mahiyyətinə görə deyil, ilk növbədə Bankın ümumi hesablaşma sistemi ilə inteqrasiya asanlığı səbəbindən blokçeyndən istifadə etməmək qərarına gəlib. Rəqəmsal valyutanın ölkə üzrə tam olaraq tətbiqinin 2022-ci ilin birinci rübündə reallaşması gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

kriptoinvest.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et