Tamara Mustafayeva, Banco.az
Amerikalı telekommunikasiya şirkəti Verizon Communications iki il əvvəl başlatdığı mediadan uzaqlaşma tendensiyasını davam etdirir. Belə ki, iddialara görə, şirkət indi də bir vaxtlar dünyanın ən güclü internet provayderlərindən hesab edilən "Yahoo"nu satışa çıxarıb.
Banco.az xarici mətbuata istinadla bildirir ki, vaxtilə "Yahoo"nu 4.5 milyard dollar, "AOL"ı isə 4.4 milyard dollara satın alan Verizon sözügedən iki şirkəti ümumilikdə 5 milyard dollara satmağı düşünür. Şirkətin alqı-satqı üçün Apollo Global Management şirkəti ilə danışıqlar apardığı qeyd edilir.
Xatırladaq ki, Yahoo 2008-ci ildə Microsoft-un 45 milyard dollarlıq satınalma təklifini məbləğin aşağı olması səbəbilə rədd etmiş, şirkət həmin tarixdən sonra müntəzəm olaraq dəyər itirməyə başlamışdı.
Bizi sosial şəbəkələrdən izləyin!!