Yahoo yenidən satıldı - Qiymət | Banco.az

Yahoo yenidən satıldı - Qiymət

Tamara Mustafayeva, Banco.az

"Verizon" şirkəti "Yahoo" və "AOL" markalarını 5 milyard dollar müqabilində "Apollo Global" şirkətinə satıb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, Amerikalı telekommunikasiya şirkəti "Verizon Communications" "Yahoo" və "AOL" markalarının aid olduğu "Verizon Media" şirkətini "Apollo Global Mangement" adlı özəl investisiya fonduna 5 milyard dollara satır.

"Verizon"dan edilən açıqlamaya görə, alqı-satqı prosesindən sonra şirkətin adı "Yahoo" olacaq və "Verizon" yeni şirkətin 10%-lik səhmlərini əlində saxlayacaq.

Xatırladaq ki, "Verizon" şirkəti 2015-ci ildə "AOL" markasını 4.4 milyard dollar, "Yahoo" markasını isə 2017-ci ildə 4.5 milyard dollara satın almışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram