Xurma istehsalının artırılması Azərbaycana nə vəd edir? | Banco.az

Xurma istehsalının artırılması Azərbaycana nə vəd edir?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

“Xurma istehsalı və ixracındakı uğurlar düzgün yanaşma ilə bu sahədə əhəmiyyətli nailiyyətlər əldə etmək mümkündür”.

Banco.az xəbər verir ki, bunu iqtisadçı Rauf Qarayev bildirib.

“Xurma Azərbaycanın qeyri-neft ixracatında əsas məhsullardan biridir və bu il onun xarici bazarlara tədarükü əhəmiyyətli dərəcədə artıb.  Ölkəmiz hazırda xurma ixracına görə dünyada ikinci yeri tutur və yalnız İspaniyadan geri qalır. Əsas ixrac bazarı Rusiya Federasiyasıdır və bu ölkəyə tədarük ümumi ixracın təxminən 90%-ni təşkil edir. İxracın diversifikasiyası zəruridir ki, yalnız bir ölkədən asılı vəziyyətə düşməyək. Rusiya bazarı böyük və cəlbedici olsa da, Azərbaycanın digər ölkələrlə əməkdaşlığı da diqqətəlayiqdir”.

Ən sərfəli kredit üçün müraciət et

Ekspert hesab edir ki, xurmanın yalnız təzə formada deyil, həm də emal edilmiş məhsullar şəklində ixracı genişləndirilməlidir:

“Bu məhsullara qurudulmuş və şokoladlı xurma, müxtəlif şirniyyatlar, cemlər, spirtli içkilər və hətta tullantılardan alınan pektin daxildir. O, həmçinin məhsul çeşidlərinin artırılmasını təklif edir, çünki bu yanaşma istehsalın tullantısız həyata keçirilməsinə şərait yarada bilər. Emal prosesi məhsulun saxlanma xərclərini azalda bilər ki, bu da fermerlərin gəlirlərini artırmaq üçün vacibdir”. Qarayev əlavə edib ki, artıq bir neçə rayonda qurudulmuş və emal olunmuş xurma istehsalı müəssisələri fəaliyyət göstərir, lakin bu müəssisələrin sayını artırmaq lazımdır. Xarici investisiyaların cəlb edilməsi isə yeni iş yerlərinin açılması və ixrac bazarlarının genişlənməsi üçün böyük imkanlar yaradacaq.