Xoşbəxt olmaqdan niyə qorxuruq?! | Banco.az

Xoşbəxt olmaqdan niyə qorxuruq?!

Gəlin əvvəlcə fobiya sözünün nə demək olduğuna və fobiyaların nədən qaynaqlandığına nəzər salaq.

Fobiya (yunanca φόβος — fobos (qorxu)) – təşviş və qorxu hissləri, həmçinin müxtəlif vegetativ əlamətlərlə müşayiət olunan haldır. Fobiya dayanıqlı şəkildə qorxunun yaranmasıdır. Onun çox sayda mənbələri vardır.

Göstəriciləri – ürək döyünməsi, baş gicəllənməsi, tərləmə, titrəmə, tənginəfəslik, ürək bulanması, əzələlərdə gərginlik, əllərin və ayaqların keyiməsi.

Fobiyalarin bir çox növləri vardır və insanlar fərqli fobiyalara sahibdirlər. Kimisi qaranlıqdan, kimisi yüksəklikdən, kimisi ictimai yerlərdə nitq söyləməkdən, kimisi təklikdən və.s fərqli hisslərdən çəkinirlər. Bu gün biz xerofobiya, yə’ni xoşbəxtlik qorxusu fobiyası haqqında danışacağıq.

Hərdən əhatəmizdə sevdiyimiz insanlar olanda çox gülürük və özümüzü digər adi günlərdən xoşbəxt və şən hesab edirik. Bunun həmişə belə olmasını istəsək də, ürəyimizdə belə bir hiss olur:

“bugün çox güldük, başımıza bir şey gəlməsə yaxşıdır”.

Bax bu, xerofobiyadir. Yəni xoşbəxtlikdən, sevinməkdən, xoşbəxt olmaqdan narahat olmaq qorxusudur.

Yəni xerofobiya – xoşbəxtlik qorxusu, daha dəqiq desək xoşbəxtlik nəticəsində pis şeylərin olacağından narahatlıq hissidir.

Ən sərfəli kredit üçün müraciət et

Gəlin bu fobiya haqqında ətraflı məlumata sahib olaq.

Qeyd edək ki, fobiyalar və qorxular fərqli anlayışlardır.

Xoşbəxtlik fobiyası, müsbət emosiyalardan və ya xoşbəxtlik gətirə biləcək cəhdlərdən məqsədli olaraq qaçmaq cəhdinə səbəb olan bir fobiya növüdür. Bu fobiyadan əziyət çəkən insanlar əslində həmişə üzgün deyillər, ancaq xoşbəxt, şən görünməkdən, xoşbəxtliklərini ifadə etməkdən, dilə gətirməkdən çəkinirlər. Onlar bu xoşbəxtliklərin sonunda hansısa bədbəxt bir şeyin baş verəcəyindən qorxarlar.

Xoşbəxtlik fobiyası da digər fobiyalar kimi əsasən keçmişdəki travmatik təcrübələrdən qaynaqlanır.

Bu fobiyaya sahib olan insanlar əsasən aşağıdakı səbəblərdən dolayı xoşbəxt olmaqdan narahat olarlar.

  • Xoşbəxt olmağın onlara pis şeylər gətirəcəyinə inanarlar.
  • Onların düşüncəsinə görə xoşbəxtlik onları pis insan halına çevirir.

Fobiyalar insan həyatında mənfi təsir göstərir və getdikcə fərdin həyatında daha da dərin psixoloji izlər buraxa bilər.

Fobiyalar müalicə oluna bilər. Onların müalicəsində dərman vasitəsindən daha çox psixoterapiyanin daha təsirli olduğu qeyd olunur.

Nusrat Khalilov

Ən sərfəli krediti almaq üçün müraciət et