Xoşbəxt olmaq üçün nə qədər pul lazımdır? | Banco.az

Xoşbəxt olmaq üçün nə qədər pul lazımdır?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az 

Çoxlarının cavab axtardığı suallardan biri də insanın xoşbəxt olmaq üçün nə qədər pula ehtiyac duyması ilə bağlıdır.

Məsələ ondadır ki, hətta kifayət qədər pulu olan insanlar belə bu cavabı düzgün təxmin edə bilmirlər.

İntizamlı, planlaşdırmağı bilən, düzgün hesablama aparan və gəlirlərinin bir hissəsini müntəzəm olaraq “qara günlər” üçün  ayıranlar bilməlidirlər ki, hətta peşəkar investorlar və bankirlər də çətin dövrləri üçün öncədən planlaşdırdıqları müəyyən yığımları olur. Hətta onların keçmişdə qazandıqları şəxsi təcrübə də həmin anlarda faydalı olur.

Banco.az-ın məlumatına görə, 2020-ci ildə tədqiqatçılar Böyük Britaniyanın Milli Statistika Ofisinin və Xoşbəxt Planet İndeksinin məlumatlarını təhlil edərək, orta britaniyalının xoşbəxt həyat sürməsi üçün nə qədər pula ehtiyacı olduğunu öyrəniblər.

Cavab isə ildə 33,864 funt sterlinq olub. Eyni zamanda, Pensilvaniya Universitetinin 2021-ci ildə apardığı araşdırmada respondentlər bildiriblər ki,  xoşbəxt olmaq üçün ildə 75 000 dollar lazımdır.

Alimlər müəyyən ediblər ki, biz zəngin olduqca daha az etik və daha az empatik ola bilərik, çünki sərvət azadlıq hissi aşılayır və biz nə qədər zəngin olsaq, başqalarının problemlərinə və hisslərinə bir o qədər az əhəmiyyət veririk.

Berkli və San-Fransiskodakı Kaliforniya Universitetindən psixoloqlar müəyyən ediblər ki, gəlirləri aşağı olan insanlar emosiyaları daha yaxşı oxuyur və daha empatik olurlar.

 “Empower” maliyyə şirkətinin sifarişi ilə Harris Poll analitik mərkəzinin keçirdiyi sorğuya əsasən, ABŞ-da hər 10 respondentdən 6-sı buna inanır.

Amerikalı millenniallar (Y nəsli -1981-1996-cı illər arasında doğulanlar) hətta buna qiymət qoyublar. Onlar hesab edirlər ki, maliyyə cəhətdən xoşbəxt  hiss etmək üçün 525.000 (480.700 avro) dollar lazımdır.

Amma bu da faktdır ki, orta hesabla, amerikalılar yuxarıda göstərilən məbləğin demək olar ki, yarısı - ildə 284,167 dollar məbləğində kifayətlənməyə də hazırdırlar.

Z nəslinin fikrincə onları xoşbəxt etmək üçün 128 000 dollar, X nəslinə görə isə 130 000 dollar lazımdır.

Amma  bumerlərə görə (1946 və 1965-ci illərdə doğulanlar)  deyirlər ki, 124 000 dollar onlar üçün xoşbəxt olmağa kifayətdir.

Avropalılar daha az tələbkardırlar: Qərbi Avropalılar və Skandinaviya iddia edir ki, illik 100.000 dollar (91.561 avro) həyatdan məmnun olmaq üçün "dönüş nöqtəsi" olacaq.

Şərqi Avropa ölkələrində respondentlər tərəfindən təyin olunan “pul həddi” isə  xeyli aşağıdır, təqribən 45 000 dollar (41 202 avro).

Lakin bu araşdırmanın bir qədər ötən illərə nəzərən inflyasiyanı nəzərə alınaraq hazırlandığını da anlamaqda fayda var. Ümumilikdə, deyə bilərik ki,  bu gün bu məbləğ Qərb sakinləri üçün xoşbəxtlik həddi 58 205 avro, Şərqi Avropa sakinləri üçün isə 40 690 avro civarındadır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram