Bu vərdişlərdən bəziləri o qədər sadə və asan görünə bilər ki, bəziləriniz bunu müntəzəm şəkildə həyata keçirmək haqqında belə düşünməyə bilərsiniz.
Bu vərdişləri adət halına gətirsəniz yaxşı olar...
- Etdiyiniz hər yaxşı işə görə özünüzü tərifləyin. Bunu gündəlik etməyə çalışın. 3 gündən sonra əhvalınız yaxşılacaq və pozitiv olacaq, özünüzü daha çox sevəcək və hörmət edəcəksiniz.
- Evdəkilərə və yaxınlarınıza komplimentlər deyin. Tərif deməkdən çəkinməyin, axı bizim diqqət və yaxşı sözlərə o qədər ehtiyacımız var ki! Həkimlər deyir ki, ürəkdən deyilmiş xoş sözlər hətta insanın sağalmasına belə kömək edir.
- Hər günə görə Allaha şükür edin. Bu, bizim ulu babalarımızın əməl etdiyi qanunlardan biri idi.
- Günə gülümsəmə ilə başlayın. Hər gün səhər tezdən duranda gülümsəyin. Bu, sizi pozitiv enerji ilə yükləyən möhtəşəm bir texnikadır. Əmin olun. Hər işin öhdəsindən gələ biləcəksiniz.
- Ən sərfəli kredit üçün müraciət et Yemək yeyərkən xoş şeylər haqqında fikirləşin. Bu qayda əsasən də işdə, kompüter monitoru qarşısında yemək yeyən insanlara aiddir. Yeməyi tələsərək, işdəki problemləri fikirləşərək yemək zərərli bir vərdişdir. tify">
- Meditasiya edin. Çox faydalı ayindir. Bir saat vaxtınızı ayırın, otagınızın qapılarını bağlayın və sizi rahatlıq bəxş edəcək rəsmlər çəkməyə başlayın.
- Səhər işə gedərkən evdəkilərlə qucaqlayaraq sağollaşmağı unutmayın. Bununla sizə əziz olan insan sizin doğmalığınızı, sevgi və qayğınızı hiss etmiş olacaq. Uşaqlara göstərdiyiniz qayğı çox vacibdir, belə ki bu, onlarda insanlara olan inamın yaranmasına səbəb olacaqdır.
- Hətta xoşagəlməz bir hadisə baş verdiyi zamanda belə pozitiv nələrsə axtarın. Vəzifənizi artırmayıblar? Əvəzində sizin daha az işiniz və məsuliyyətiniz var.
- Axşam duş qəbul edərkən, elə təsəvvür edin ki, bütün xoşagəlməzliklər su ilə birgə axıb gedir. Su təmizlikdir.
- Evdəkilərlə stol arxasında söhbət edin. Günün necə keçdiyinə dair xoş təəssüratlarınızı onlarla da bölüşün.