Xoşbəxt insanlara baxanda ilk növbədə onları ümumiləşdirən göstəriciləri beynimizdə analiz edirik.
Bəs belə şəxsləri fərqləndirən əsas xüsusiyyətlər hansılardır? Var-dövlət, yaş, gender, irq, ağıl?
Əsla yox!
Güclü sosial münasibətlər!
Xoşbəxt insanları digərlərindən fərqləndirən yeganə əsas xüsusiyyət onların nə dərəcədə güclü sosial əlaqələrinin olmasıdır. Harvardın bakalavr tələbələri arasında aparılan araşdırma göstərdi ki, tələbələrin 70%-nin özlərinin xoşbəxt hiss etmələri bilavasitə onların sosial əlaqələrindən asılıdır. Artıq burada, ailə gəlirləri, GPA, SAT balları, yaş, gender, irq və s. öz əhəmiyyətini itirir.
Əgər bu gün nəsə edib xoşbəxt olmaq istəyirsənsə, onda dostlarınla vaxt keçir!
Çox iş görün!
Təcrübələr göstərir ki, hər dəqiqə məşğul olan və özünü qaça-qovda hiss etməyən şəxslər özlərini daha çox xoşbəxt hiss edir.
İzafi vaxt özlüyündə yük deməkdir. Çalışaq vaxtımızı hər hansı fəaliyyət növü iləsə dolduraq. Bekar vaxtlarda, insanlar depressivliyə daha çox meyilli olurlar.
Bəs hansı iş gəldi baş qoşmalıyıqmı? Təbii ki, yox.
Mütəxəssislər hesab edir ki, öhdəsindən yaxşı gəldiyimiz məşğuliyyətlər bizə xoşbəxtlik gətirə bilər.
Bu istənilən məşğuliyyət növü ola bilər. Kimsə dadlı yeməklər hazırlaya bilir, bəziləri əla fotoşəkil çəkir. Əsas odur ki, ortaya gözəl bir iş çıxarın. Bu həm sizi, həm də çevrənizi məmnun edəcək.
Nifrət etdiyiniz işdə qalmayın !!!
Heç, çətin vəziyyətdə olarkən qışqırdığınız, lakin səsinizin çıxmadığı dəhşətli yuxular görmüsünüz? Sevmədiyiniz işə ömrünüzü vermək də elə buna bənzəyir. Zəhləmiz getdiyi işlə məşğul olmaq, həyatımızda edə biləcəyimiz ən faciəvi səhvlərdəndir.
Xoşbəxtliyinizi planlaşdırın!
Nə qədər ironik səsələnsə də, xoşbəxtliyi öncədən planlaşdırmaq lazımdır. Xoşbətliyi passiv şəkildə gözləməkdən bir şey çıxmaz, onu əldə etmək üçün xüsusi təyinatlar lazımdır.
Sizi xoşbəxt edə biləcək şeyləri cədvəl (siyahı) şəklinə salın.
Siz bunu mütəmadi olaraq edirsinizmi? Bir qədər qəribə səslənir elə deyilmi?
Stanford Universitetinin professoru Jennifer Aaker belə izah edir:
“Ətrafımızda kifayət qədər insanlar var ki, onları nələrin və kimlərin xoşbəxt etdiklərini artıq müəyyənləşdiriblər. Bəs onlar həmin şeylərə yetəri qədər vaxt ayırırlarmı? Çox qəribədir ki, insanlar nələrdən zövq aldıqlarını bildikləri halda bu şeylərə daha çox zaman sərf etmirlər. Vəziyyəti bərpa etməyin optimal yolu, təqvimdə qeydlər etməkdir. Yəni boş vaxtlarımızda nəylə məşğul ola biləcəyimizi, kimlərlə vaxt keçirmək istədiyimizi əvvəlcədən planlaşdırmaq lazımdır. Artıq təqvim göz önündə olduğundan, ona riayət etmək də asanlaşacaq”
Xoşbəxtlik heç də hər şey demək deyil!
Insan nə zaman xoşbəxt olur? Istədiyi və ya ehtiyacı olduğu şeyi əldə etdikdə. O, bunu başqa insanların və ya pulun köməyi ilə əldə edir. Amma həyatın mənası yalnız özünü xoşbəxt hiss etməkdə deyil. Başqalarına xoşbəxtlik bəxş edə bilməyən birisini xoşbəxt hesab etmək olarmı?
Insan təkcə, daim həyatdan və ya insanlardan nəsə almaq üçün yaşamalı deyil. Hərdən kiməsə öz xoşbəxtliyindən pay vermək, onların təbəssümlərinin, könül xoşluqlarının səbəbi olmaq lazımdır.
Xoşbəxtlik paylaşdıqca artar!