Bakı Fond Birjasında (BFB) ənənvi olaraq, göstərilmiş xidmətlərin həcminə (repo əməliyyatlar istisna olaraq) görə brokerlərin renkinqini açıqlayıb.
Banco.az Bakı Fond Birjasının açıqladığı məlumatlara istinadən xəbər verir ki, iyul ayında Paşa Kapital (77,1 mln manat) xidmətlərin həcminə görə yenidən birinciliyə yüksəlib. “AZ Finance İnvest” MMC 29,7 milyon manatla 2-ci, “Xalq Kapital” MMC isə 10,6 milyon manatla 3-cü yerləri öz aralarında paylaşıb.
Qeyd edək ki, Paşa Kapital həm xidmətlərin həcmi, həm də əməliyyatların həcminə görə birinci olub.
Xidmətlərin həcminə görə yeri |
Brokerlər |
Əməliyyatlarının həcmi (AZN) |
1 - (1) |
Paşa Kapital MMC |
77 076 382.86 |
2 - (2) |
AzFinance Invest MMC |
29 713 434.03 |
3 - (11) |
Xalq Kapital MMC |
10 606 653.12 |
4 - (4) |
Texnika Kapital Menecment MMC |
10 432 683.44 |
5 - (5) |
Unicapital ASC |
6 599 339.33 |
6 - (6) |
Standard Kapital MMC |
4 231 164.58 |
7 - (3) |
Brokdil-AZ MMC |
3 533 934.50 |
8 - (7) |
Çelsi Kapital MMC |
12 223.92 |
9 - (-) |
İNVEST-AZ MMC |
800.00 |
(Iyul 2015) Renkinq repo əməliyyatlar istisna olmaqla dövlət və korporativ qiymətli kağızlar bazarı üzrə hesablanmışdır. |