Xidmət şəbəkəsinə görə ən böyük banklarımız | Banco.az

Xidmət şəbəkəsinə görə ən böyük banklarımız

Bu dəfə isə Sizi Banco.az olaraq, filial şəbəkəsinə görə Azərbaycanın ən böyük Bankları ilə tanış etmək istərdik. Müştərilərə xidmət və əhaliyə daha əlçatan olma baxımından filiallar xüsusi əhəmiyyət kəsb edir. Banklarımız regionlardakı müştərilərə daha yaxın olması və real sektora yatırım etməsi üçün onların regionlara doğru genişlənməsi və filial saylarının artacağını gözləmək olar.

Hələlik isə Sizə filial və şöbələrinin sayına görə Azərbaycanın 15 ən böyük bankını təqdim edirik.

Diaqramda region və paytaxdakı filiallar fərqləndirilmişdir, şöbələrin sayı isə cəm şəkildə göstərilib. Belə ki, bir çox bankların strukturunda ümumiyyətlə şöbələr mövcu deyil.

İlk beşlik – Kapital bank, Beynəlxalq Bank, Zamin Bank, Muğan Bank və AccessBank-dan ibarətdir.

Ən sərfəli kredit üçün müraciət et

Bankın filialı – hüquqi şəxs olmayan, bankın olduğu yerdən kənarda yerləşən, öhdəlikləri üçün bankın özünün məsuliyyət daşıdığı, banka icazə verilmiş bank fəaliyyətinin hamısını və ya bir hissəsini həyata keçirə bilən bankın ayrıca bölməsidir.

Bankın şöbəsi - hüquqi şəxs olmayan, bankın olduğu yerdən kənarda yerləşən, öhdəlikləri üçün bankın özünün məsuliyyət daşıdığı, onun respublika ərazisində depozitlər cəlb edən və/və ya köçürmə, hesablaşma-kassa əməliyyatları aparan ayrıca bölməsidir.

Bankın nümayəndəliyi – hüquqi şəxs olmayan, bankın olduğu yerdən kənarda yerləşən, bank fəaliyyəti ilə məşğul olmağa hüququ olmayan, yalnız onun mənafelərini təmsil və müdafiə edən bankın ayrıca bölməsidir

Könül Soltanova / Banco.az