“Xiaomi”nin xanımlar üçün nəzərdə tutulan smartfonu təqdim olundu | Banco.az

“Xiaomi”nin xanımlar üçün nəzərdə tutulan smartfonu təqdim olundu

Müəllif - Aida İsaq, Banco.az

Çində “Xiaomi” şirkətinin yeni “Civi 3” smartfonunun təqdimatı keçirilib. 

Banco.az xəbər verir ki, yeni model özünəməxsus dizaynı ilə fərqlənir. İlk mərhələdən xanımlar üçün yaradılmış model olaraq adlandırılan smartfonda zərif rənglərdən həmçinin minimalist kameradan istifadə olunub. “Civi 3”ün son dövrlərin smartfon bazarında ən cəlbedici modellərdən olduğu bildirilir.

“Civi 3” 2400x1080 piksel təsvir ölçüsünə və 120 Hz yeniləmə tezliyinə malik 6,5 düymlük OLED ekranla təchiz olunub. Səkkiznüvəli “MediaTek Dimensity 8200” ultra prosessoruna, həmçinin 16 GB-a qədər operativ yaddaşa və 1 TB-dək daimi yaddaşa sahibdir. 

Kamera sistemi 50 MP (əsas kamera), 8 MP (ultra geniş bucaqlı kamera) və 2 MP (makro kamera) olmaqla üç moduldan ibarətdir. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et