Müəllif - Aida İsaq, Banco.az
“Xiaomi” idman edərkən elektrik enerjisi istehsal edə bilən yeni idman velosipedini təqdim edib.
Banco.az xəbər verir ki, model “Xiaomi Mijia Spinning Bike” adlanır. Onun çəkisi 40 kq-dan az, yerin tutduğu sahə isə 0,45 kvadratmetrdir. İdman velosipedinin xarici enerji təchizatı yoxdur. Qurğu 20 Vt-a qədər gücə malik simsiz enerji doldurma texnologiyasından istifadə edərək smartfon və ya planşeti doldurmağa imkan verir. Bunun üçün pedalı hərəkət etdirmək lazımdır.
Qeyd edək ki, hazırda modelin qiyməti 1799 yuan təşkil edir.
Bizi sosial şəbəkələrdən izləyin!!