Müəllif - Aida İsaq, Banco.az
“Xiaomi şirkəti” “Wireless AR Glass Discovery Edition” adlı eynək modelini təqdim edib.
Banco.az xəbər verir ki, bu barədə şirkətin baş direktoru Ley Jun məlumat verib. Eynəklər NFC texnologiyası vasitəsi ilə smartfonla sinxronlaşdırılır. Qulaqlıqdan istifadə edərək internet resurslardan, sosial şəbəkələrdən istifadə etmək, quraşdırılmış kameralar ilə video çəkmək, filmlərə baxmaq, ağıllı ev cihazlarını idarə etmək və s. mümkündür. Ölçü baxımından yeni model adi eynəklərdən fərqlənir. Eynəyin gündəlik istifadə üçün nəzərdə tutulub-tutulmadığı isə məlum deyil.
Bizi sosial şəbəkələrdən izləyin!!