"Xiaomi" yeni ağıllı akvarium modelini təqdim edib | Banco.az

"Xiaomi" yeni ağıllı akvarium modelini təqdim edib

Müəllif - Aida İsaq, Banco.az

“Xiaomi” balıq sevərlər üçün yeni ağıllı akvarium modelini təqdim edib.

Banco.az xəbər verir ki, geniş funksiya çeşidlərinə sahib “Mijia” akvariumu balıq sahiblərinin işlərini asanlaşdıracaq. İlk olaraq qeyd edək ki, akvarium daxili təmizləyə bilən təmizləmə texnologiyası ilə təchiz edilib. Bununla yanaşı, cihaz 91,3% işıq ötürmə qabiliyyətinə malik ultra şəffaf şüşə, həmçinin temperatur sensoru ilə təmin olunub.

Akvariumun ən maraqlı xüsusiyyətlərindən biri isə balıqları uzaqdan qidalandırmaq texnologiyasına sahib olmasıdır. “Mijia” mobil proqramı vasitəsi ilə su axınına və işıqlandırma effektlərinə nəzarət etmək də mümkündür. Müvafiq xüsusiyyətlər balıqlara qulluq etmək üçün evə tez-tez gələ bilməyənlər üçün olduqca faydalıdır. 

Hazırda müvafiq akvariumu Çində 349 yuan qiymətinə əldə etmək mümkündür.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et