Tamara Mustafayeva, Banco.az
Çinli "Xiaomi" şirkəti yaşıl istiqraz buraxmağa hazırlaşır.
Banco.az xarici mətbuata istinadla bildirir ki, Çinin texnologiya nəhəngi "Xiaomi" ölkədə sürətlə populyarlaşan, ancaq texnologiya şirkətlərinin hələ əsaslı dərəcədə daxil olmadığı bazar hesab edilən "yaşıl istiqraz" bazarı üzrə ixrac hazırlığına başlayıb.
Smartfon istehsalçısı şirkətin yaşıl istiqrazların da daxil olduğu dollar istiqrazlarının buraxılması üçün investorlarla danışıqlara başlamaq məqsədilə bəzi banklara səlahiyyət verdiyi bildirilib.
Qeyd edək ki, Çinin bu ilki ümumi yaşıl istiqraz ixracı artıq rekord həddə çatıb. Ölkədəki texnologiya şirkətləri sözügedən bazarda hazırda aparıcı mövqeyə sahib olmasalar da, e-ticarət nəhəngi "Alibaba"nın bu ilin fevral ayı üzrə 5 milyard dollar həcmindəki istiqraz ixracının 1 milyard dolları yaşıl istiqrazların payına düşüb.
Bizi sosial şəbəkələrdən izləyin!!