Çinin “Xiaomi” elektron məhsullar şirkətinin səhmləri son üç gün ərzində 17 faizdən çox ucuzlaşıb.
Bununla da şirkət 6,5 milyard ABŞ dolları məbləğində dəyərdən düşüb.
Üç gün əvvəl qeyri-birja satışları zamanı qiymətlərin düşməsi sərmayəçilərin “Xiaomi” səhmlərinin rəsmi birja satışlarına hazırlaşması olub. Ötən il iyul ayında şirkətlə bağlı İPO həyata keçirildikdən sonrakı 6 ay ərzində səhmlərinin birjada rəsmi satışı əngəllənmişdi. Ötən müddət ərzində “Xiaomi” səhmləri 58 faiz ucuzlaşıb.
Şirkətin kotlarının azalması smartfon bazarındakı vəziyyətin pisləşməsi, habelə rəqabətin güclənməsi ilə bağlıdır.
Report.az