Xiaomi powerbankları qışda əllərinizi isidəcək - YENİ MODEL | Banco.az

Xiaomi powerbankları qışda əllərinizi isidəcək - YENİ MODEL

“Xiaomi”nin retro üslubda hazırlanan powerbank-ı qeyri-adi funksiyası ilə trend oldu.                                                 

“Xiaomi” şirkətinin bu günlərdə təqdim olunan powerbank-ı daxilindəki istilik elementinin sayəsində istifadəçinin əllərini isidə biləcək.

Retro üslubda hazırlanan portativ batareya xarici görüşündən kiçikölçülü köhnə radioya bənzəyir. Müştərilərə tünd yaşıl və qırmızı daxil olmaqla qacetin bir neçə rəng variantı təklif edilir.

Ən sərfəli kredit üçün müraciət et

Cihazın alüminium korpusunun istiliyi 52 dərəcəyə qədər yüksələ bilir.

Qacet 5000 mAh-lıq batareya ilə təchiz olunub. Powerbank-ın ön panelində kiçik ekran və iki düymə var. Sol düymə qalan elektrik enerjsinin səviyyəsini göstərir, sağ isə istilik rejimini aktivləşdirir. Bundan əlavə, onun avtomatik kilidlənmə funksiyası da var.

Qeyd edək ki, yeniliyin təxmini qiyməti 20 ABŞ dollarıdır.

Ted.az

Ən sərfəli krediti almaq üçün müraciət et