“Xiaomi” Pekində ikinci elektrik avtomobil zavodu tikəcək | Banco.az

“Xiaomi” Pekində ikinci elektrik avtomobil zavodu tikəcək

Müəllif:Ayşən İmanova/Banco.az

Çinin İT nəhəngi “Xiaomi” elektrik avtomobillərinin istehsalını genişləndirmək üçün Pekində 116 milyon dollara torpaq sahəsi alıb.

Banco.az xəbər verir ki, 53 hektarlıq ərazi “Xiaomi”nin mövcud elektrik avtomobilləri istehsal edən zavodunun yaxınlığında yerləşir. 

Məlumata görə, ərazi “Xiaomi”nin törəmə şirkəti olan “Xiaomi Jingxi Technology”  tərəfindən alınıb. O, yüksək səviyyəli avtomobil sənayesini və yeni enerjili intellektual nəqliyyat sənayesini inkişaf etdirmək üçün istifadə olunacaq.

Qeyd edək ki, “Xiaomi” avtomobil bazarına 2024-cü ilin mart ayında “SU7” modelinin buraxılması ilə daxil olub. 

Şirkətin baş direktoru Ley Jun  bildirib ki, onun korporasiyası artıq 30 000 avtomobil tədarük edib və noyabr ayında 100 000 ədəd ilkin satış hədəfinə çatmaq yolundadır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et