Xiaomi Mi 11 smartfonunu daha erkən təqdim edə bilər | Banco.az

Xiaomi Mi 11 smartfonunu daha erkən təqdim edə bilər

Tamara Mustafayeva, Banco.az

Xiaomi markasının yeni flagman seriyası olan Mi 11 smartfonunu gözlənilən tarixdən daha erkən təqdim edəcəyi iddia edilib.

Məlum olduğu kimi, Çinin smartfon istehsalçısı Xiaomi şirkəti ötən illərdə adətən yeni flagman modellərini fevral ayında ictimaiyyətə təqdim edirdi. Mi 9 və Mi 10 modellərinin təqdimatı da məhz fevral ayında baş tutmuşdu. Odur ki, Mi 11 smartfonunun da 2021-ci ilin fevral ayında ictimaiyyətə təqdim ediləcəyi gözlənilir.

Ancaq iddialara görə, sözügedən smartfon modelinin daha erkən, 2021-ci ilin yanvar ayında gələcəyi söylənilir. Qeyd edək ki, oxşar iddialar Samsung şirkətinin Galaxy S21 seriyası üçün də ortaya atılıb.

Xatırladaq ki, Xiaomi Mi 11 seriyası ilə bağlı ətraflı məlumat mövcud deyil.

Həmçinin oxu: Xiaomi yeni smartfonlarını təqdim etdi - QİYMƏTLƏR

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et