Müəllif:Ayşən İmanova/Banco.az
Çinin elektronika istehsalçısı “Xiaomi”, satışlarına 2025-ci ilin yayında başlamağı planlaşdırdığı yeni elektrik krossoveri - “YU7”ni təqdim edib.
Banco.az xəbər verir ki, bu barədə “Carnewschina” məlumat yayıb.
Krossover biri ön tərəfdə 220 kVt, digəri isə arxa tərəfdə 288 kVt gücə malik iki elektrik mühərriki ilə təchiz edilib. Bu mühərriklər birlikdə 508 kVt (681 at gücü) hasil edir. Avtomobilin maksimal sürəti 253 km/saat təşkil edir.
“YU7”nin batareyası CATL şirkəti tərəfindən təmin olunur, lakin batareyanın tutumu hələ açıqlanmayıb.
Modelin qiyməti, mətbuatda yayılan məlumatlara görə, 250-350 min yuan arasında dəyişəcək.