Müəllif:Ayşən İmanova/Banco.az
“Xiaomi” rəsmi olaraq ən son “Snapdragon 8 Elite” çipi əsasında flaqman “Xiaomi 15 Pro” smartfonunu təqdim edib.
Banco.az xəbər verir ki, bu barədə “iXBT” portalı məlumat yayıb.
Smartfon 2K təsvir ölçülü 6,73 düymlük OLED ekrana, 120 Hz təzələnmə tezliyinə, 3200 nit pik parlaqlığa və əvvəlki versiya ilə müqayisədə düşməyə 25-30% daha davamlı olan Xiaomi Dragon Crystal Glass 2.0 temperli şüşəyə malikdir.
Ən güclü mobil çip olan yeni “Snapdragon 8 Elite” smartfonun performansına cavabdehdir və “Xiaomi 15” xətti bu aparatda ilk cihazdır. RAM 12 və ya 16 GB, daxili yaddaş isə 256 GB, 512 GB və ya 1 TB ola bilər.
“Xiaomi 15 Pro”nun özəl xüsusiyyəti, mobil şəbəkənin əhatə dairəsi olmayan yerlərdə eyni smartfonun digər istifadəçiləri ilə 3,5 km-ə qədər məsafədə əlaqə saxlamağa imkan verən özəl “Xiaomi Networkless Function” texnologiyasıdır.
Smartfonun digər xüsusiyyətlərinə Wi-Fi 7 dəstəyi, USB 3.2 Gen 2 portu, stereo dinamiklər, dörd mikrofon, güclü vibrasiya mühərriki və IP68 qoruması daxildir.
Əməliyyat sistemi Android 15 əsasında “HyperOS 2.0”dır. Çində “Xiaomi 15 Pro”nun qiyməti 5299 yuandan (745 dollar) başlayır.