Xiaomi-dən məişət əşyası | Banco.az

Xiaomi-dən məişət əşyası

“Xiaomi” şirkəti qiyməti 11 dollar olan “Mijia 1A” elektrikli çaydan istehsal edib. 

“Xiaomi Mijia 1A” elektrik çaydanı şirkətin “sakit dizayn” ənənəsini qoruyur. 

Çaydanın korpusu yüksək keyfiyyətli mat materialdan hazırlanıb. Üst tərəfində çaydanın açılması üçün düymə var. Damper çuxurunun dizaynı qapağı açarkən buxar nəticəsində yanma ehtimalının qarşısını alır. Çaydanın altında elektrik kabelini saxlamaq üçün bir bölmə də var.

Ən sərfəli kredit üçün müraciət et

Çaydanın həcmi 1,5 litr, daxili diametri 13 sm-dir. İçərisi 304 paslanmayan poladdan hazırlanıb. Çaydan 1800VT gücündə qızdırıcı ilə təchiz edilib ki, bu da suyu 5 dəqiqəyə qaynatmağa imkan verir.

Ted.az

Ən sərfəli krediti almaq üçün müraciət et