“Xəzinədarlıq və Fondların İdarəedilməsi üzrə Ekspert Qrupu”-na yeni sədr seçilib | Banco.az

“Xəzinədarlıq və Fondların İdarəedilməsi üzrə Ekspert Qrupu”-na yeni sədr seçilib

8 sentyabr 2020-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin geniş tərkibdə “Zoom” platforması üzərindən onlayn iclası keçirilmişdir.

“Xəzinədarlıq və Fondların İdarəedilməsi üzrə Ekspert Qrupu”na yeni sədrliyin namizədliyi müzakirə edilmiş, nəticədə sözü gedən vəzifəyə “Kapital Bank” ASC-nin Xəzinə Departamentinin direktoru Fərid Əliyev seçilmişdir.

Nəzərinizə çatıdıraq ki, Fərid Əliyev 2 may 1984-cü ildə anadan olub. 2001-ci ildə Qafqaz Universitetinin İqtisadiyyatın idarə edilməsi fakültəsinin, Bank işi və menecment ixtisasına daxil olub. Sonra Türkiyədəki Sabançı Universitetində yüksək ixtisas proqramını bitirib. 2008-ci ildən bank sistemində işləyir. 2008-2009-cu illərdə Yapı Kredi Bankda qiymətli kağızlarla məşğul olan broker şirkətinə direktor təyin edilib. 2009-2013-cü illərdə DəmirBank-da Xəzinədarlıq departamentinin Qiymətli Kağızlar və Valyuta Əməliyyatları şöbəsinin müdiri, sonra Əməliyyat departamentinin direktoru işləyib. 2013-2014-cü illərdə Paşa Bank-da Investment Banking departamentində işləyib. 2014-2019-cu illərdə Ziraat Bank Azərbaycanda İdarə Heyətinin üzvü olub. 2019-cu ildə Kapital Bank-da Korporativ Satışlar departamentinin direktoru, 2020-ci ildən indiyədək Xəzinədarlıq departamentinin direktorudur. Ailəlidir, 1 övladı var.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et