Xəzinə 15 milyon manat borc alacaq | Banco.az

Xəzinə 15 milyon manat borc alacaq

24 sentyabr 2019-cu il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 15 milyon manatlıq Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcəkdir.

Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.

İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir;

Dövlət istiqrazının növü

Faizli, ortamüddətli dövlət istiqrazları

Qiymətli kağızın ISIN kodu

AZ0106018754

Emissiya həcmi

15 000 000 AZN

Nominal dəyəri

100 AZN

İstiqrazların tədavül müddəti

1092  gün

Faiz ödənişləri (olduqda)

24 mart 2020-ci il, 22 sentyabr 2020-ci il, 23 mart 2021-ci il, 21 sentyabr 2021-ci il, 22 mart 2022-ci il, 20 sentyabr 2022-ci il

Faiz gəliri

8.5 %

Ödəmə tarixi

20.09.2022

Anderrayter

Paşa Kapital İŞ

 QSC

Ən sərfəli kredit üçün müraciət et

 

Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç