Xəsisliyi ilə “Ginnesin Rekordlar Kitabına” düşən sahibkar xanım kimdir? | Banco.az

Xəsisliyi ilə “Ginnesin Rekordlar Kitabına” düşən sahibkar xanım kimdir?

Müəllif - Aida İsaq, Banco.az

İnvestor və maliyyəçi Hetty Green 1860-cı ildə vəfat edən anasından 213.000 dollar, anasından az sonra vəfat edən bibisindən 533.000 dollar və 1865-ci ildə vəfat edən atasından təxminən 80 milyon dollar miras əldə edir. Bütün bu sərvətlərdən daha çoxunu qazanmaq istəyən Hetty Green, ölkəsindəki vətəndaş müharibəsindən istifadə edərək, ucuz qiymətə səhm və istiqrazlar əldə edir. Hetty Greenin xalası vəfat etdikdən sonra onun mirasının cari məzənnə ilə  31 milyon dolları xeyriyyəçilik məqsədi ilə bağışlanır. Amma bu mirasda haqqı olduğunu iddia edən H.Green uzun müddət mübarizə apardıqdan sonra mirasın 11 milyonunu əldə edə bilir. 

O, xəsisliyi sayəsində “Ginnesin Rekordlar Kitabı”na adını yazdırmağı bacarıb. Uzun illər yalnız bir paltarda görülməsi, müflis olan həyat yoldaşını evdən qovması, qızdırıcıdan, sobadan istifadə etməməsi, ayağı zədələnən oğlunu həkim əvəzinə sınıqçıya aparması və s. ilə uzun müddət insanların diqqətini çəkib. Onun bu xəsisliyi isə “Göründüyüm qədər zəngin deyiləm” cümləsi ilə bütün dünyada məşhurlaşıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et