Xəritə: Kim dünyaya nə satır? | Banco.az

Xəritə: Kim dünyaya nə satır?

Neftdən asılılığı yüksək olan təkcə Azərbaycan deyil, dünyanın böyük bir hissəsidir. Bu, Business Insider tərəfindən Mərkəzi Kəşfiyyat İdarəsinin təqdim etdiyi materiallar  əsasında hazırlanmış xəritədə çox aydın görünür. Belə ki, MKİ-nin ümumdünya faktlar kitabında bütün dövlətlərin ixracları ilə bağlı 2013-cü ilin  yekunlarına dair məlumatlar toplanıb.  MKİ-nin əsas üstünlüyü ondadır ki, o, özündə yalnız ticari axınların aşkar mühasibatlıq hesabatları deyil, həmçinin kölgə iqtisadiyyatını da əhatə edir. Belə də aydın olur ki, müharibələr nəticəsində dağılmış Əfqanıstan dünyaya opiumdan başqa heç nə təklif edə bilmir.

Avropa əsasən maşım, avadanlıq və nəqliyyat vasitələrinin satışından qazanır.

Afrika, neft və qazdan savayı, qızıl, brilyant və platin ixrac edir.

Çin və ABŞ – elektronika və onunla əlaqəli məhsullar.

Geyim və ayaqqabı – Vyetnam və Mərakeşin ixracının əsasını təşkil edir.  

2000-dən bir az çox insanın yaşadığı Norfolk adaları və əhalisinin daha da az olduğu Tokelau isə dünyaya poçt markalarının ixracı ilə kifayətlənir.  

Ən sərfəli kredit üçün müraciət et

Amma xəritə göstərir ki, ölkələrin əksəriyyəti öz resurslarının satışından asılı vəziyyətdədir.

 Regionlar ilə bağlı daha detalları vizual görüntüləri buradan izləyə bilərsiniz.

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et