Xəqani Abdullayev Mərkəzi Bankı xarici şirkətə dəyişib | Banco.az

Xəqani Abdullayev Mərkəzi Bankı xarici şirkətə dəyişib

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti sədrinin müavini Xəqani Abdullayev vəzifəsindən azad olunmasına münasibət bildirib.

X. Abdullayev eksklüziv açıqlamasında bildirib ki, vəzifəsindən öz xahişi ilə azad olunub.

Yeni iş yerinə gəlincə, mütəxəssis qeyd edib ki, hazırda tanınmış xarici şirkətlərdən birində məsləhətçi kimi çalışır. X. Abdullayev şirkətin adını açıqlamaq istəməyib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, prezident İlham Əliyev Xəqani Abdullayevin AMB sədrinin müavini vəzifəsindən azad olunması ilə bağlı sərəncam imzalayıb.

Mənbə: Apa.az

Ən sərfəli krediti almaq üçün müraciət et