Xatirə pul nişanlarının qiyməti nə qədərdir? | Banco.az

Xatirə pul nişanlarının qiyməti nə qədərdir?

Qızıl sikkələrin dəsti 7300-7200 manata, gümüş nişanlar banklardan asılı olaraq 60-70 manat, nikkel isə 25-30 manata satılıb.

Xatirə pul nişanlarının satışının kommersiya bankları və Avropa Oyunlarının satış məntəqələri vasitəsilə həyata keçiriləcəyi açıqlanmışdı.

Qızıl, gümüş və nikkeldən hazırlanmış xatirə pul nişanlarının gümüş və nikkeldən hazırlananlarının qiyməti ictimaiyyətə məlum idi.

Ən sərfəli kredit üçün müraciət et

Gümüş və nikkeldən hazırlanmış nişanların kommersiya bankları vasitəsilə də satışı həyata keçirilib. Gümüş nişanın qiyməti banklardan asılı olaraq 60-70 manat, nikkel isə 25-30 manat olub. Gümüş nişanların dəsti (5 ədəd) 500 manatdan ucuz olmayıb.

Qızıl nişanın qiyməti isə geniş ictimaiyyətə məlum olmayıb. Məlumata görə, banklara da verilməyən qızıl nişan dəstlərini (5 ədədlik) vəzifəli və nüfuzlu insanlar əldə edib. Qızıl sikkələrin dəsti 7300-7200 manata satılıb.

 

Ən sərfəli krediti almaq üçün müraciət et