Bu ilin yanvar-may aylarında Azərbaycanda xaricilər bank kartları vasitəsi ilə 870,4 milyon manatlıq əməliyyat aparıblar.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nda bildirilir.
Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 dəfə çoxdur.
Təkcə aprel ayında isə əcnəbilərin kartla xərcləmələri 184,1 milyon manat təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 6 dəfə çoxdur.
Bizi sosial şəbəkələrdən izləyin!!