Xaricilərin Azərbaycan banklarında əmanətləri azalıb | Banco.az

Xaricilərin Azərbaycan banklarında əmanətləri azalıb

Qeyri-rezidentlərin banklardakı əmanətlərinin məbləği açıqlanıb.
 
Ötən ilin noyabrında xaricilərin əmanətləri 84,6 milyon manat azalaraq dekabrın 1-nə 760 milyon manat təşkil edib.
 
Bu müddətdə xaricilərin milli valyuta ilə əmanətləri 11,5 milyon manat artaraq 98,4 milyon manata çatıb, xarici valyuta ilə əmanətləri isə 96,1 milyon manat azalaraq manat ekvivalentində 661,6 milyon manat olub.
 
Hesabat dövründə fiziki şəxslərin əmanətləri 8 073,5 milyon manat təşkil edib ki, bunun da 7 313,5 milyon manatı rezident, 760 milyon manatı isə qeyri-rezidentlər tərəfindən yerləşdirilib.

Ən sərfəli kredit üçün müraciət et

Fed.az