2014-cü ilin iyul ayında əmanətlərin həcmi 6.9 mlrd manat olmuşdur və 1 il ərzində 15%-lik artım müşahidə edilmişdir. Əmanətlərin 91%-i, yəni 6.3 mlrd manatı Azərbaycan Respublikası vətəndaşlarına məxsusdur. Xarici vətəndaşların banklarda yalnız 629 mln manat həcmində vəsaiti var ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 14% aşağı olmuşdur. Belə ki, 2013-cü ilin iyul ayında xarici vətəndaşların banklardakı əmanətləri 731 mln manata bərabər idi.
Onu da qeyd edək ki, qısamüddətli əmanətlər 4.2 mlrd, uzunmüddətli əmanətlər isə 2.7 mlrd manat olmuşdur. Ötən ilin iyulu ilə müqayisədə isə qısamüddətli depozitlər 22.3%, uzunmüddətli əmanətlər isə 5.8% artmışdır.