2022-ci ilin yanvar-aprel aylarında əcnəbilər bank kartları vasitəsilə 686,3 milyon manatlıq əməliyyat aparıblar. Bu isə ötən ilin eyni dövrünə nisbətən 6 dəfə çoxdur.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nda bildirilib.
Məlumata görə, bu ilin aprel ayında xarici vətəndaşların bank kartları vasitəsilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 136,6 milyon manat təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!