"Xarici valyutada verilən kreditlər üzrə bütün riskləri öz üzərinə götürdü" | Banco.az

"Xarici valyutada verilən kreditlər üzrə bütün riskləri öz üzərinə götürdü"

“AccessBank”ın İdarə Heyətinin sədri Anar Həsənov bildirib ki, biznesin həcmində və müvafiq olaraq bankın gəlirlərinin gözlənilən artımı, həmçinin hecləşdirmə üzrə xərclərin tədricən azalması nəticəsində gələn il bu amillər bankın gəlirliliyinə ciddi təsir göstərməyəcək.

Azərbaycan iqtisadiyyatının inkişafını nəzərdə tutan bizim uzunmüddətli biznes-planımıza əsaslanaraq, biz devalvasiyadan sonra dərhal filial şəbəkəmizi kəskin şəkildə azaltmadıq və müvafiq olaraq əməkdaşlarımız arasında ciddi optimallaşdırma aparmadıq. Başqa sözlə, yalnız ehtiyac olan yerlərdə dəqiq optimallaşdırma apararaq bank özü üçün vacib olan kadr və filialları qorumağa çalışdı ki, məhz onların sayəsində növbəti illər ərzində biznesi inkişaf etdirmək niyyətindədir. Beləliklə, bank bütün əməliyyat xərclərini saxlayaraq, bizim üçün vacib olan xidmət şəbəkəmiz və ştat üzrə xərcləri üzərinə götürdü. Bildiyiniz kimi, məhz bu bizim ən güclü tərəflərimizdən biri olub. Və ya başqa bir misal - hecləşdirmə. Belə deyək, milli valyutamızın dəyərdən düşməsindən sonra və manatın qısamüddətli perspektivdə stabilliyi ilə bağlı müştərilərimizin narahatlıqları fonunda bank dolların gələcəkdə möhkəmlənməsi ehtimalını nəzərə alaraq xarici valyutada verilən kreditlər üzrə bütün riskləri öz üzərinə götürdü. Beləliklə, müştərilərimizin narahatlıqlarına son qoymaq üçün bank ciddi xərclərlə üzləşdi ki, onlar biznesini bazarın yeni reallıqlarına adaptasiya edə bilsinlər.

Ən sərfəli kredit üçün müraciət et

AccessBank-ın İdarə Heyətinin sədri Anar Həsənovun müsahibəsi: https://bit.ly/2zpKpCs

Ən sərfəli krediti almaq üçün müraciət et