Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu il Azərbaycanda əhalinin banklardakı əmanətlərinin məbləği artıb. Belə ki, əhalinin əmanətlərinin məbləği il ərzində 9,3 faiz artaraq 2023-cü il noyabr ayının 1-nə milli valyuta ekvivalentində 12564,1 milyon manat təşkil edib.
Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əmanətlərin 64,8 faizi milli, 35,2 faizi xarici valyutada qoyulub, milli valyutada olan əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 15,3 faiz artıb.
Məlumata görə, xarici valyutada qoyulan əmanətlərin məbləği isə 0,4 faiz azalıb.
Bizi sosial şəbəkələrdən izləyin!!