Azərbaycanda bank və maliyyə kredit təşkilatları tərəfindən xarici valyutada verilmiş kreditlərdə vaxtı keçmişlərin xüsusi çəkisi artıb.
“Report” bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) aylıq maliyyə hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, 2018-ci il iyulun 1-nə xarici valyutada olan kreditlərin 909,0 mln. manat və ya 19,4%-nin vaxtı keçib. Beləliklə, vaxtı keçmiş kreditlərin həcmi aylıq müqayisədə 31,3 mln. manat və ya 3,6% artıb.
Qeyd edək ki, iyunun 1-nə vaxtı keçmiş kreditlər valyutada verilən kreditlərin 19,0%-ni təşkil etməklə 877,7 mln. manat təşkil edib.
2018-ci il iyulun 1-nə bank və maliyyə kredit təşkilatları tərəfindən ölkə iqtisadiyyatına cəmi kredit qoyuluşu 12 105,6 mln. manat təşkil edib. Bunun da 1 745,7 mln. manat və ya 14,4%-ni vaxtı keçmiş kreditlər əhatə edib.