Mərkəzi Bankın məlumatına görə, 2017-ci il avqustun 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 6860,7 milyon manat təşkil edib.
Statistika Komitəsinə istinadən xəbər verilir ki, əmanətlərin 73,4 faizi xarici, 26,6 faizi isə milli valyutada qoyulub.
Milli valyutada olan əmanətlər əvvəlki ilin müvafiq dövrünə nisbətən 21,0 faiz artıb, xarici valyutada əmanətlər isə 20,5 faiz azalıb.
Mənbə: Oxu.az