Xarici valyutada olan depozitlər 70% artıb | Banco.az

Xarici valyutada olan depozitlər 70% artıb

Banco.az Mərkəzi banka istinadən sizi Kommersiya banklarının analitik balansı ilə tanış edir.

Ötən ilin dekabr ayı ilə müqayisədə iqtisadiyyata qoyulan kreditlərin miqdarı aprelin 1-i tarixinə 10% artaraq, 20 mlrd 145,7 mln manat təşkil edib. Ən nəzərəçarpan artım isə xarici valyutada olan depozitlərdə olub. 4 ay ərzində depozitlər 70% artaraq, 7 mlrd 13,9 mln manata çatıb. Xarici öhdəliklərdəki artım isə 47%  olub.

Ən sərfəli kredit üçün müraciət et

Manatla olan depozitlər isə əksinə azalıb. 2014-cü ilin sonuncu ayı ilə müqayisədə bu göstərici 30% azalaraq, 5 mlrd 92,6 mln manat təşkil edib.

Kommersiya banklarının analitik balansı | Create infographics

Ən sərfəli krediti almaq üçün müraciət et