Plastik kartlar və ya ödəmə kartları - vəsait ödəniməsində istifadə edilən "elektron pul"lardır. Müasir dövrdə demək olar ki, hər kəsin ehtiyac duyduğu bu kartların istifadəsi zaman keçdikcə artır. Bu kartlar vasitəsi ilə biz, həm nağd, həm də nağdsız ödənişlər edirik.
Belə kartlar müştərilərə müxtəlif valyutalarda təklif olunur və ödənişlərinizi hansı valyutada həyata keçirirsinizsə həmin valyutada plastik kart almağınız daha məqsədəuyğundur.
Lakin, bankların müxtəlif plastik kartlarına sahib olan müştərilər hər zaman kartın valyutası ilə eyni valyutada əməliyyatlar həyata keçirmirlər. Bəzən pul ödənişlərinin digər valyutalarda edilməsi tələb olunur.
Bu zaman biz əlave olaraq haqq ödəməliyikmi?
Bəli.
Banklar kartın valyutasından kənar valyuta ilə əməliyyat edən zaman özlərinin müəyyən etdiyi konvertasiya haqqını sizin vəsaitinizdən çıxırlar. Biz isə, bu əməliyyatlar zamanı hər bankın tutduğu konvertasiya haqqını araşdırdıq.
Əgər sizin plastik kartınız xarici valyutasındadır və siz AZN valyutasında nağd və nağdsız ödənişlər etmək istəyirsinizsə, onda cədvəllə yaxından tanış olun. Burada hər bir bankın bu əməliyyatlar üçün konvertasiya haqqı qeyd olunmuşdur:
Bank |
Ölkədaxili |
|
Online |
Nağd |
|
AccessBank |
0,7% |
0,7% |
AFB Bank |
0,5% |
0,5% |
AGBank |
1% |
1% |
Amrahbank |
0,5% |
0,5% |
ASB Bank1 |
0% |
0% |
Atabank |
2% |
2% |
Azər Türk Bank2 |
0,5% |
4% |
Bank Avrasiya |
0,5% |
0,5% |
Bank BTB |
1% |
1% |
Bank of Baku3 |
0% |
0% |
Bank Respublika4 |
0% |
0% |
Bank Silk Way |
2% |
2% |
Beynəlxalq Bank5 |
0% |
0% |
Dəmirbank6 |
0% |
0% |
Expressbank7 |
1% |
1% |
Kapital Bank |
0,5% |
4% |
Muğanbank |
2% |
2% |
NBC Bank |
0,5% |
0,5% |
Nikoil Bank |
0,5% |
1% |
Paşa Bank |
1% |
1% |
Rabitəbank |
0,5% |
1,5% |
Turanbank |
1% |
2% |
Unibank |
1% |
1% |
VTB Bank Azərbaycan |
2,5% |
2,5% |
Xalq Bank |
3% |
3% |
1. ASB Bank-ın plastik kartları ilə multivalyuta əməliyyatları zamanı konvertasiya haqqı tutulmur, sadəcə olaraq multivalyuta əməliyyatı bankın həmin günə dərc etdiyi məzənnə ilə aparılır.
2. Azər Türk Bank-ın plastik kartları ilə multivalyuta əməliyyatları zamanı konvertasiya haqqı tutulmur, sadəcə olaraq multivalyuta əməliyyatı bankın həmin günə dərc etdiyi məzənnə ilə aparılır.
3. Bank of Baku-nun plastik kartları ilə multivalyuta əməliyyatları zamanı konvertasiya haqqı tutulmur, sadəcə olaraq multivalyuta əməliyyatı bankın həmin günə dərc etdiyi məzənnə ilə aparılır.
4. Bank Respublika-nın plastik kartları ilə multivalyuta əməliyyatları zamanı konvertasiya haqqı tutulmur, sadəcə olaraq multivalyuta əməliyyatı bankın həmin günə dərc etdiyi plastik kartlarla əməliyyat üçün müəyyən olunan məzənnə ilə aparılır.
5. Beynəlxalq Bank-ın plastik kartları ilə multivalyuta əməliyyatları zamanı konvertasiya haqqı tutulmur, sadəcə olaraq multivalyuta əməliyyatı Mərkəzi Bankın həmin günə dərc etdiyi məzənnə ilə aparılır.
6. Dəmirbank-ın plastik kartları ilə multivalyuta əməliyyatları zamanı konvertasiya haqqı tutulmur, sadəcə olaraq multivalyuta əməliyyatı bankın həmin günə dərc etdiyi məzənnə ilə aparılır.
7. Expressbank-ın plastik kartlarında multivalyuta əməliyyatları ilə nağd çıxarışlarda MilliKart ödəniş sistemi ilə 1%, AzeriCard ödəniş sistemi ilə isə 3% konvertasiya haqqı tutulur.