2019-cu ilin Yanvar-Fevral aylarında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 5 milyard 317 milyon 941 min ABŞ dolları təşkil edib.
İlk iki ayda idxal 2 milyard 165 milyon 812 min ABŞ dolları, ixrac isə 3 milyard 152 milyon 129 min ABŞ dolları təşkil edib.
Fevralda ixracın məbləği 1 milyard 872 milyon 506 min dollar, idxalın məbləği isə 1 milyard 143 milyon 181 min dollar, saldo müsbət 729 milyon 326 min dollar təşkil edib. Cari ilin Yanvarında ixracın məbləği 1 milyard 279 milyon 622 min dollar, idxalın məbləği 1 milyard 22 milyon 631 min dollar, saldo isə müsbət 256 milyon 991 min dollar təşkil etmişdi.
Azərbaycanın ixracının 90%-ə yaxını xam neft və təbii qaz ixracının hesabına formalaşır. İxracın artması neftin qiymətinin yüksəlməsilə bağlıdır.
Marja