Xarici onlayn mağazalardan malların alışına vergi və rüsumların tətbiqi müzakirə edilib | Banco.az

Xarici onlayn mağazalardan malların alışına vergi və rüsumların tətbiqi müzakirə edilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən biznes assosiasiyaların qarşılaşdıqları çətinliklərin və təkliflərinin öyrənilməsi istiqamətində görüşlərini davam etdirir.

Agentlikdən verilən məlumata görə, növbəti belə görüş Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyası (AFRA) ilə keçirilib.

Görüşdə AFRA-nın İdarə Heyətinin sədri, “Novco” MMC-nin təsisçisi Fərid Novruzi və assosiasiyanın üzvləri iştirak ediblər.

Görüşdə şəxsi istifadə üçün xarici onlayn mağazalardan malların alışına vergi və rüsumların tətbiq edilməsi ilə bağlı qanunvericiliyə mümkün dəyişikliklər barədə təkliflərin hazırlanması üçün müvafiq sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maraqları ilə yanaşı, istehlakçıların da maraqlarının nəzərə alınmasına, eləcə də KOBİA və assosiasiya arasında əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.

Ən sərfəli kredit üçün müraciət et

trend

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram