Xarici ölkələrdə olduğunuz zaman şəxsi vəsaitiniz alış-veriş etmək üçün kifayət etməyə bilər. Bu zaman pula olan ehtiyacınızı kredit kartları vasitəsilə ödəyə bilərsiniz.
Kart sahibi öz kartına aid olan ödəniş sisteminin olduğu istənilən xarici ölkədə kredit kartından istifadə edə bilər. Qeyd edək ki, kredit kartları ticarət və xidmət sahələrinin əksəriyyətində qəbul edilir. Bundan əlavə, kredit kartları sizə istədiyiniz zaman nağd pul çıxarmaq imkanı verir. Onların daha bir üstünlüyü kartdakı məbləği bildirmək məcburiyyətinin olmamasıdır. Bununla yanaşı, xarici vətəndaşlar kredit kartına sahib olmağı müştərinin ödəniş qabiliyyətinin təminatı hesab edirlər. Elə bu səbəbdən də kredit kartı avtomobil icarəsi zamanı hətta girov qismində istifadə oluna bilər.
Xarici ölkəyə dollar və ya avroda rəsmiləşdirilmiş kredit kartı ilə getmək daha məsləhətlidir. Belə ki, rublda rəsmiləşdirilmiş kartdan istifadə zamanı alış-verişin məbləği həmin ölkədə əməliyyatların həyata keçirildiyi valyutada konversiya olunur. Bu proses nəticəsində siz əməliyyat məbləğinin ən azı 0.5%-i məbləğində komissyon ödəməli olursunuz.
Kredit kartından nağd pulun çıxarılması zamanı komissyon ödənilmir, əvəzində isə sizin bankınız xarici ölkədə kart xidmətindən istifadə etdiyinizə görə hesabınızdan faiz götürür. Xarici bankomat isə nağd pul çıxardığınıza görə əlavə faiz hesablayır.
Xarici ölkədə kredit kartından istifadə tarifləri bankla bağlanan müqavilədə qeyd olunur və 2-3% təşkil edir. Bundan əlavə, xarici ölkədəki bankomat bankın qoyduğu şərtlərdən asılı olaraq, çıxarılan məbləğdən 3%-ə qədər əlavə faiz tuta bilər. Bu əməliyyat pulun nağdlaşdırılması üçün istifadə olunan qurğu vasitəsilə həyata keçirilir. Eyni zamanda, xarici ölkələrdəki bankomatlardan istifadə zamanı yerli valyuta üzrə 5 vahidə qədər əlavə komissyon nəzərdə tutula bilər.
Əgər bank bir ölkədə nağd pulun çıxarılması üzrə gündəlik limit müyyən edibsə, onda bu limit xarici ölkədə olduğunuz zaman da dəyişməz qalacaq. Amma bu qayda o zaman keçərli olacaq ki, siz limit müddətinin artırılması məsələsi ilə bağlı banka müraciət etməmisiniz. Bu məsələni öz ölkənizdə olan zaman həll etmək lazımdır. Dediklərimiz həmçinin gün ərzində həyata kçirilən əməliyyatların sayına da aiddir. Məlumat üçün qeyd edək ki, gün ərzində həyata keçiriləcək əməliyyatların sayı 20-yə çatmalıdır.
Xaricdə olduğunuz zaman kredit kartını itirdikdə isə kartı əldə etmək üçün müəyyən bir müddət tələb olunacaq. Belə ki, siz öz kartınızı yalnızca ölkənizə qayıtdığınız zaman əldə edə biləcəksiniz. Yalnız bəzi maliyyə təşkilatları belə hallarda dünyanın istənilən ölkəsində nağd pulun qısa müddət ərzində kart sahibinə çatdırılmasını təmin edir. Bu zaman öz bankınıza zəng edərək kartınızı bağlatdırmalı olduğunuzu unutmamalısınız.
Ümumilikdə isə xarici ölkədə kredit kartından istifadə etmək olduqca əlverişlidir. Amma məzuniyyətə gedərkən onu özünüzlə götürməzdən öncə bankla bağladığınız müqavilənin şərtlərini diqqətlə nəzərdən keçirməlisiniz. Bununla da siz komissyon haqları ilə bağlı yaranacaq gözlənilməz hallardan özünüzü sığortalamış olacaqsınız. Amma xarici ölkəyə gedərkən nağd pul götürməyi də unutmamalısınız. Həm də kartınızı itirmək ehtimalının olduğunu fikrinizdən çıxarmamalısınız. Axı yad ölkədə nağd pul və kredit kartı olmadan sıxıcı istirahət keçirmək istəməzsiniz.
Komissyon haqlarına qənaət ermək üçün mağazalarda alış-veriş etdiyiniz zaman ödənişi kartdan çıxardığınız pulla deyil, birbaşa kartla edin.
Sevinc İbadova/Banco.az