Xarici ölkədə avtoqəza törədənlər necə sığortalanacaq? | Banco.az

Xarici ölkədə avtoqəza törədənlər necə sığortalanacaq?

Xarici ölkələr avtomobillə gedən sürücülərə yaşıl kart sisteminin tətbiqinə başlanacaq. Bu, icbari sığortaları tənzimləyən beynəlxalq sistemdir. Azərbaycan bu sistemə qoşulduqdan sonra xaricə öz avtomobili ilə gedən vətəndaşlarımızın işi xeyli asanlaşacaq.
Belə ki, 2016-ci ilin yanvarından etibarən azərbaycanlı sürücülər yaşıl kart sisteminin imkanlardan yararlana biləcəklər. Yəni, 2 ildən sonra vətəndaşlarımız bu sistemə qoşulan ölkələrdə avtoqəzaya uğrasa, dəymiş zərərə görə həmin ölkədə sığorta ödənişi ala biləcəklər. Bu, həmin sürücünün icbari mülki məsuliyyətini də əhatə edir. Sürücü əlavə inzibati prosedurlardan da azad olmuş olur.
Hazırda isə, öz avtomobili ilə xarici ölkəyə keçən sürücüdən avtomobilini həmin ölkədə icbari sığorta etdirməsi tələb olunur. Bir neçə ölkədən keçməli olanlar isə hər daxil olduğu ölkədə sığorta etdirməlidir. Bu isə, böyük xərc tələb edir.
Yaşıl sığorta kartı müddətinə və sığortanın lokallığına görə verilir. Bu kart 15 gündən 1 ilədək müddətdə verilir. Yaşıl kartın bir növü sistemin üzvü olan bütün ölkələri, digər növü isə yalnız sistemə üzv olan qonşu ölkələri əhatə edir.

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: fins.az

Ən sərfəli krediti almaq üçün müraciət et