Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda cari ilin yanvar-oktyabr aylarında xarici mənbələrdən əsas kapitala 3 milyard 226,9 milyon manat vəsait yönəldilib.
Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin ilk 10 ayı ilə müqayisədə 14,3% çoxdur.
Hesabat dövründə xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 3036,7 milyon manatı (94,1 faizi) Birləşmiş Krallıq, Türkiyə, ABŞ, Yaponiya, Fransa, İsveçrə, Rusiya, Norveç və İran sərmayədarlarına məxsus olub.
Bizi sosial şəbəkələrdən izləyin!!